Huawei şirkəti bu ilin 150 günü ərzində hər saniyədə 7,7 smartfon satıb. Bu, son 5 ayda 100 000 000 smartfon deməkdir.
2014-cü ildə şirkət 100 milyon smartfon satmaq səviyyəsinə oktyabrda, 2017-ci ildə sentyabrda, 2018-ci ildə isə iyulda çatmışdı. Bu il iyunda həmin göstərici əldə olunub. Ümumilikdə keçən il Huawei 206 milyon smartfon satıb. 2020-ci ildə bütün dünyada 300 milyon smartfonun satılması planlaşdırılırdı. Amma ABŞ-ın sanksiyalarından sonra şirkət bu gözləntisini 40% azaldıb. Bu təkcə Çində 200 milyon smartfon satacağına ümid edir.