9 C
Baku
Friday, November 15, 2024

“Huawei” ilk avtomobilini təqdim edib – Foto

“Huawei” rəsmi olaraq avtomobil istehsalçısına çevrilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Belə ki, şirkət Şanxayda keçirilən avtomobil sərgisində yeni “SERES SF5” elektromobilini təqdim edib.

Bildirildiyi kimi, avtomobili Çində “Huawei”in bütün mağazalarında almaq mümkün olacaq.

Elektromobil 4700 mm uzunluqda, 1930 mm enində və 1625 mm hündürlükdədir. Təkər bazası 2875 mm təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, “SERES SF5” modeli parametrlərinə görə “Audi Q5” krossoveri ilə müqayisə edilə bilər.

Qeyd edək ki, “SF5” çoxlarının gözlədiyi kimi tam elektrikli avtomobil deyil, onun hibrid versiyasıdır. Krossover 550 at gücünə malikdir və digər cihazlar üçün enerji mənbəyi kimi işləyə bilər.

Rəsmi məlumata görə, avtomobilin qiyməti 33 min dollardan başlayır.

4b8fb6d5977d4f21911d41292d433f90.jpg.w1440 1024x576 1 e82efec2358b4e429a7819e737cba037.jpg.w1440 1024x576 1 57207d6171cd4d9a93d0cc28f4b5298b 1024x576 1 dfa5fb04029c4e398a278ab58f28c41f.jpg.w1440 1024x576 1 446b1ef0491f4dafb9595a48c3e35dfd 1024x576 1

Son xəbərlər
Digər xəbərlər