29 C
Baku
Thursday, September 4, 2025

“Huawei” ilk dəfə smart saat bazarında “Apple”ı qabaqlayıb

Çinin texnoloji nəhəngi “Huawei” 2025-ci ilin ikinci rübündə əsas rəqibi “Apple”ı geridə qoyaraq, ilk dəfə tədarüklərin həcminə görə dünya smart saatlar bazarında lider mövqe tutub.

Bu barədə məlumat “Counterpoint Research” analitik firmasının yeni hesabatında yer alıb.

Hesabata görə, “Huawei” tədarüklərdə 52% artım göstərib və dünya smart saat bazarının 21%-ni ələ keçirib.

Çinin digər şirkəti “Xiaomi” tədarüklərini 38% artırıb, digər Çin markası “Imoo” isə 2025-ci ilin ikinci rübündə illik hesablamada 21% artım göstərib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər