26 C
Baku
Saturday, July 27, 2024

“Huawei” ilk masaüstü kompüterini təqdim etdi

“Huawei” özü istehsal etdiyin prosessorla işləyən ilk masaüstü kompüterini təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, bu cihaz xarici texnologiyalardan asılılığı azaltmaq üçün yaradılıb.

Beləliklə, MateStation B515 adını alan bu kompüter 4 və ya 8 nüvəli Kunpeng 920 prosessoru və 23,8 düymlük ekranla təchiz olunub.

“Apple”dan fərqli olaraq, “Huawei” ARM-kompüterinə standart komponentlər əlavə edib – istifadəçi istəsə operativ və daimi yaddaşı artıra biləcək.

MateStation B515 Çinin dövlət müəssisələrinə və korporativ sifarişçilərə satılacaq.

Son xəbərlər
Digər xəbərlər