Çinin elektronika istehsalçısı “Huawei” şirkəti işçilərinin bir hissəsini Rusiyadan Qazaxıstan və Özbəkistana köçürüb. Məlumat “Huawei”in Rusiyadakı tərəfdaşlarından biri tərəfindən təsdiqlənib.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
“Qazaxıstana köçürdüyümüz işçilər Çindən gələn menecer və rəhbərlərdir, onlar ilin əvvəlində Rusiyaya göndəriliblər, lakin sonradan digər MDB ölkələrinə yönəldiriliblər”, – mənbə bildirib. Qəzetin yazdığına görə, çoxları “uzun ezamiyyətə” göndərilib.
Daha əvvəl məlumat verilmişdi ki, Çin texnologiya nəhəngi “Huawei”nin mağazalarında hətta vitrinlərdə əks olunan telefon və noutbukları müştərilərə satmırlar.