6 C
Baku
Monday, December 16, 2024

“Huawei” italyan biznesinin inkişafına $3,1 mlrd. sərmayə yatırır

Çinin İT şirkətlərindən biri olan “Huawei”, yaxın üç ildə italyan biznesinə 3,1 milyard dollar sərmayə edəcək. Banker.az xəbər verir ki, bu haqda Thomas Miao şirkətinin bəyanatına istinadən Reuters agentliyi xəbər verir.

Rəhbərin fikrincə, növbəti üç ildə şirkət əlavə olaraq min işçi götürməyi planlayır.

ABŞ mətbuatı daha əvvəl “Huawei” in Vaşinqton, Kaliforniya və Texas ştatlarında işçi heyətinin ixtisarına başlayacağını qeyd etmişdir. Ümumilikdə ABŞ-da şirkətin 850 işçisi var.

Xarici KİV-in verdiyi məlumata görə, may ayında ABŞ prezidenti Donald Tramp  “ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz təhlükə təmsil edən informasiya və kommunikasiya texnologiyaları” əməliyyatlarına mane olmaq üçün hökumətə səlahiyyət verən fərman imzalayıb.

Fərmanda konkret ölkələr, şirkətlər, rəsmi şəxslər və ya nümayəndələr haqqında məlumat verilmir. Buna baxmayaraq, məhdudiyyətlərin ilk növbədə Çinin “ZTE” və “Huawei” şirkətlərinə aid olması təəccüblü deyil.

ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətini və onunla əlaqəli olan hüquqi şəxsləri qara siyahıya alaraq, fəaliyyətini məhdudlaşdırmışdır.

İyun ayında Ren Zhengfei istehsal gücünün azaldılmasından danışıb. Yaxın iki ildə texnoloji nəhəngin mənfəəti 30 milyard dollar azala bilər.

İyun ayının sonlarında ABŞ və Çin ticarət danışıqlarını bərpa etmək qərarına gəliblər. Bunun əsas səbəbi Trampın  “Huawei” ə qarşı tətbiq etdiyi məhdudiyyətləri yumşaltması olub.

Son xəbərlər
Digər xəbərlər