Dünyanın nəhəng şirkətləri koronavirusun təsiri altında olan şəhərlərdəki müəssələrini müvəqqəti olaraq bağlayır.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, koronavirusdan “Huawei”, “Xiaomi”, “Foxconn”, “FMCG”, “Johnson&Johnson”, “Samsung” kimi nəhəng şirkətlərə öz mənfi təsirini göstərməyə başlayıb.
Mütəxəssislər bildirirlər ki, virusun müalicəsinin tapılmaması və yayılması ilə virus epidemiyası iqtisadi böhrana da çevrilə bilər.
Qeyd edək ki, şirkətlər müvəqqəti tədbirlərin 1-2 həftə davam edəcəyi, əgər həmin müddətdə virusun yayılmasının qarşısı alınmasa, onda regiondakı digər şəhərlərdəki müəssisələrin də fəaliyyətlərini dayandıracaqlarını bildiriblər
Report