12 C
Baku
Wednesday, December 11, 2024

“Huawei” koronovirus yayılmış şəhərlərdəki müəssələrini bağlayır

Dünyanın nəhəng şirkətləri koronavirusun təsiri altında olan şəhərlərdəki müəssələrini müvəqqəti olaraq bağlayır.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, koronavirusdan “Huawei”, “Xiaomi”, “Foxconn”, “FMCG”, “Johnson&Johnson”, “Samsung” kimi nəhəng şirkətlərə öz mənfi təsirini göstərməyə başlayıb.

Mütəxəssislər bildirirlər ki, virusun müalicəsinin tapılmaması və yayılması ilə virus epidemiyası iqtisadi böhrana da çevrilə bilər.

Qeyd edək ki, şirkətlər müvəqqəti tədbirlərin 1-2 həftə davam edəcəyi, əgər həmin müddətdə virusun yayılmasının qarşısı alınmasa, onda regiondakı digər şəhərlərdəki müəssisələrin də fəaliyyətlərini dayandıracaqlarını bildiriblər

Report

Son xəbərlər
Digər xəbərlər