14 C
Baku
Thursday, March 28, 2024

“Huawei” notbukları icarəyə verməyə başlayacaq

nternet portallarında Huawei şirkəti ilə bağlı son dərəcə qeyri-adi təşəbbüs haqda məlumat yayılıb.
Şirkət öz notbuklarını istifadəçilərə icarəyə verəcək.
Bu təşəbbüs hələ ki, yalnız Çin sakinləri üçün nəzərdə tuutlub. Yaxın zamanlarda çinlilər sözügedən şirkətdən Honor MagicBook notbuklarını icarəyə götürə bilər. Şirkət nümayəndələri bildiriblər ki, öncə yeni təşəbbüsü sınaq edəcəklər. Hətta sınaq müddəti də bəlli olub – 1-8 oktyabr.
Qeyd etmək lazımdır ki, Pekin sakinləri üçün notbuk icarəsi mümkün qədər sadə olacaq. Çünki bu məqsədlə Huawei Meituan qida çatdırılması xidməti ilə ortaq əməkdaşlıq edəcək. Beləliklə, xidmət kuryerləri yalnız qida deyil, Çin texnoloji nəhənginin notbuklarını da çatdıracaq.
Sınaq uğurlu alınsa, bu xidmət bütün dünya ölkələri üçün əlçatan olacaq.

Mənbəted.az
Son xəbərlər
Digər xəbərlər