2 C
Baku
Sunday, December 15, 2024

“Huawei” öz çat-botunu yaradacaq

“Huawei” şirkəti “ChatGPT”nin rəqibini yaratmaq niyyətindədir. Şirkət “NetGPT” ticarət nişanının qeydiyyatı üçün müraciət edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Brend daha əvvəl “ChatGPT”ni məhsullarına inteqrasiya etmək niyyətində olmadığını, lakin diqqətini daha təkmil AI texnologiyalarının inkişafına yönəldəcəyini bildirib.

Rəsmi olaraq şirkət hələ öz çat-botunun yaradılmasını təsdiqləməyib və yeni ticarət nişanının qeydiyyatı ilə bağlı xəbərlərə heç bir şərh verməyib. Süni intellektin populyarlaşdığı bir dövrdə “Google” da öz çat-botunu yaradacağını açıqlayıb. Texnologiya nəhəngi onun “Ernie” adlandırıb.

 

Son xəbərlər
Digər xəbərlər