15 C
Baku
Tuesday, April 16, 2024

“Huawei” öz əməliyyat sistemini təqdim etdi

Çinin “Huawei” telekommunikasiya korporasiyası ABŞ tərəfindən qoyulan məhdudiyyətlər fonunda özünün Harmoni OS əməliyyat sistemini təqdim edib.

Xarici KİV-lərə istinadən, təqdimat Dunquan şəhərində keçirilən Huawei Developer Conference çərçivəsində baş tutub. “Biz öz əməliyyat sistemimizi hazırlamışıq. O, smartfonlara, ağıllı saatlara, planşentlərə uyğun gəlir”, – deyə CBG “Huawei” kompaniyasının başçısı bildirib. Onun sözlərinə görə, Harmoni əməliyyat sistemi Androidi əvəzləyə bilər.

Kompaniya, eyni zamanda, yenilənmiş EMUI 10 interfeysini də təqdim edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi isə mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşən ABŞ prezidenti Amerika məhsullarının alması üçün “Huawei” kompaniyasına icazə verəcəyini deyib. Donald Tramp Çin lideri ilə danışıqlarda mili təhlükəsizliyin təmin olunması probleminin müzakirə edildiyini və yaxın günlərdə kompaniyanın qara siyahıdan çıxarılması məsələsinə baxılacağını bildirib. Sonradan Ağ ev sanksiyaların aradan qaldırılması qərarının Amerika firmalarının bütün məhsullarına aid olmadığını vurğulayıb.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

– AzerTag

Son xəbərlər
Digər xəbərlər