HUAWEI Pura 80 və HUAWEI Pura 80 pro smartfonları fotoqrafiya sahəsində süni intellektin (AI) gücünü tam şəkildə nümayiş etdirən bir cihazlar kimi diqqət çəkir. AI texnologiyası kamera sisteminin demək olar ki, hər bir aspektinə daxil edilib, həm yeni başlayanların, həm də təcrübəli istifadəçilərin həmişə əla keyfiyyətli şəkillər əldə etməsinə şərait yaradır. HUAWEI Pura 80 pro smartfonu 13 MP ön kamera ilə diqqət çəkir. Geniş bucaq, F2.0 diyafram və autofocus sayəsində parlaq selfie çəkilişi mümkündür. Kamera AI Moving Picture, Slow-Motion, Portret, Time-Lapse və Filter funksiyaları ilə zəngindir. Video isə 4K (3840×2160) qətnamədə çəkilə bilir, müxtəlif yaradıcı rejimlər dəstəklənir.
ZAMANI QABAQLAYAN GÜCLÜ ARXA KAMERALAR
HUAWEI Pura 80 pro smartfonu qabaqcıl arxa kamera sistemi ilə diqqət çəkir. Əsas 50 MP 1 düymlük Ultra Lighting kamera F1.6–F4.0 diafraqma və OIS dəstəyi ilə yüksək işıqlı və sabit şəkillər təqdim edir. 40 MP ultra geniş bucaq kamerası panoramik kadrlar üçün idealdır, 48 MP makro telefoto kamera isə yaxın məsafədən detal zənginliyi yaradır. 1.5 M spektral kanallı Ultra Chroma texnologiyası rəngləri canlı və real göstərir. AI Moving Picture, Night, Super Macro, Portrait, Pro, Slow-Mo, Panorama və digər çəkiliş rejimləri ilə foto və videolar maksimum 8K qətnamədə çəkilə bilər. 4x optik və 100x rəqəmsal zoom əlavə yaradıcı imkanlar verir.
AI-nın ən təsir edici xüsusiyyətlərindən biri Avtomatik Səhnə Tanıma qabiliyyətidir. Kamera kadrı avtomatik olaraq təhlil edir və mənzərə, portret, yemək, gün batımı, gecə səhnəsi və s. kimi 1000-dən çox müxtəlif kateqoriyanı dəqiq şəkildə müəyyən edə bilir. Məsələn, çəkiliş zamanı sistem göy, dağ və ağacları görüb “Mənzərə” rejimini aktivləşdirir və ya insan üzünü seçib “Portret” moduna keçid edir. Hər bir səhnə növü üçün AI optimal parametrləri – ağ balansı, kontrastı, doymuşluğu və diafraqma dəyərlərini avtomatik tənzimləyir. Bu, istifadəçinin əl ilə ayarlarla məşğul olmadan peşəkar səviyyəli nəticələr əldə etməsi deməkdir. Xüsusilə, “AI Ultra Keyfiyyət” modu çoxpiksel məlumatları birləşdirərək daha parlaq, detallı və şumursuz şəkillər
HUAWEI APPGALLERY 2025 –RƏQƏMSAL QAPI
AppGallery 2025-ci ildə həm dünya miqyasında, həm də Azərbaycanda əhəmiyyətli irəliləyişlər əldə edib. Google tətbiqləri və ünsiyyət vasitələri birbaşa əlçatandır. Yerli bazar üçün xüsusi tətbiqlər – bankçılıq, taksi xidmətləri, şopinq platformaları, əyləncə və oyunlar – mağazada geniş yayılıb. Bu, istifadəçilərə hər sahədə rahatlıq gətirir. Təhlükəsizlik baxımından AppGallery inkişaf etmiş monitorinq sistemi ilə fərqlənir. Quick Apps funksiyası isə vaxt qənaətini təmin edir. Üstəlik, AppGallery istifadəçilərə mütəmadi yenilənən məzmun, eksklüziv endirimlər və yerli bazara uyğun kampaniyalar təqdim edir. Platforma həm gənclər, həm də böyüklər üçün sosial şəbəkələr, oyunlar və əyləncə xidmətləri ilə zəngin təcrübə yaradır. Azərbaycan dilində tam dəstək və sadə interfeys isə istifadə rahatlığını daha da artırır, AppGallery-ni gündəlik rəqəmsal həyatın ayrılmaz hissəsinə çevirir.