®HUAWEI Pura70 və Pura70 Pro smartfonları estetika və yenilikləri bir cihazda birləşdirir. Kameraların üçbucaq forması yalnız seriyanın təcəssümü olmaqla qalmır, həm də mobil foto çəkilişlərdə inqilabi texnologiyaların simvoluna çevrilir. Bu modellərin kameraları parlaq detallara və yüksək aydınlığa sahib keyfiyyətli şəkillər təqdim edir. İstifadə rahatlığı da çox vacibdir: interfeysin hər bir elementi ən kiçik detallara qədər düşünülüb ki, cihazla qarşılıqlı əlaqə mümkün qədər rahat və sürətli olsun. HUAWEI Pura70 və Pura70 Pro, dəbli dizaynı, qabaqcıl texnologiyaları və inanılmaz rahatlığı özündə mükəməl şəkildə birləşdirən cihazlardır.
EMUI 14.2 VƏ ARK ENGINE-Lİ HUAWEI PURA70 PRO: İŞLƏMƏ SÜRƏTİNİN ARTIRILMASI
Yeni EMUI 14.2 əməliyyat sistemi və inkişaf etmiş HUAWEI Ark Engine ilə HUAWEI Pura70 Pro daha məhsuldar və sürətli olub. EMUI 14.2, həttə böyük həcmli əməliyyatları və interfeysi optimallaşdırır və tətbiqlər arasında daha sürətli keçidi təmin edir. HUAWEI Ark Engine izlənilən kontentin qrafikasının keyfiyyətini artırır və vizual effektləri daha realistik, canlı və detallı edir. Bu yeniliklər HUAWEI Pura70 Pro-nu yüksək sürətli işləmə və mükəmməl qrafikanı üstün tutan istifadəçilər üçün əla seçim edir.
HUAWEI PURA70 PRO: HDR VƏ SUPERMAKRO KAMERA İLƏ PARLAQ ŞƏKİLLƏR
HUAWEI Pura70 Pro smartfonu mobil foto çəkilişlərdə həqiqətən bir flaqmandır. 50 MP kamera, yüksək işıq həssaslığına malik sensor sayəsində pis işıqlandırmada belə yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verir. Əsas kameraya əlavə olaraq, Pura70 Pro 48 MP teleobyektivə sahibdir ki, bu da uzaqdakı obyektləri aydın şəkildə çəkir, həmçinin 12.5 MP supermakro sensoru, çox yaxın məsafələrdən detallı şəkillər çəkməyə imkan verir. HDR və panoramik çəkiliş dəstəyi, müxtəlif işıqlandırma şəraitində parlaq və dolğun şəkillər əldə etməyə imkan verir. 0.5x-50x zoom funksiyası uzaq məsafədən obyektlərin aydın şəkildə çəkilməsini təmin edir. Portret rejimi arxa planı bulanıqlaşdıraraq peşəkar çəkilişlər etməyə imkan verir. XD Motion Engine, 200 km/saat sürətlə hərəkət edərkən belə videoların aydınlığını qoruyur. XMAGE Style funksiyası isə şəkillərinizin emal üslubunu şəxsi tələb və istəklərinizə uyğunlaşdırmağa kömək edir.
HUAWEI VƏ XD MOTION ENGINE: EKRANDA HƏRƏKƏTLƏRİN HAMARLIĞI
HUAWEI smartfonlarında XD Motion Engine texnologiyası ekranın üzərində hərəkətləri hamar şəkildə göstərir və hər hansı bir bulanıqlığı aradan qaldırır. Bu texnologiya, yüksək sürətli hərəkətlərin olduğu video və oyunları izləyərkən, detallı aydınlığın zəruri olduğu hallarda əvəzolunmazdır. XD Motion Engine, videoların keyfiyyətini yüksəldir, istifadəçilərə ən sürətli səhnələrdə belə bənzərsiz axıcı vizual təcrübə təqdim edir.
İNTELLEKTUAL TƏHLÜKƏSİZLİK VƏ MƏLUMATIN GİZLƏDİLMƏSİ FUNKSİYASI
HUAWEI Pura70 seriyasının smartfonları bir neçə yüksək səviyyəli təhlükəsizlik funksiyasını özündə birləşdirir ki, bu da cihazın istifadəsini yalnız rahat etməklə qalmır, həm də internetə çıxış zamanı təhlükəsiz edir. Süni intellekt əsasında jestlərlə idarəetmə, ekranı ona toxunmadan idarə etməyə imkan verir, bu da istifadənin rahatlığını artırır. Ağıllı məlumat gizlətmə funksiyası bildirişləri yalnız cihaz sahibinə göstərir, beləliklə məxfiliyinizi yad gözlərdən qoruyur. Məlumatlar mərkəzi, tətbiqlərin hərəkətlərini izləməyə və onların kamera, mikrofon və coğrafi məlumatlar kimi icazələrini idarə etmək imkanı verir. Təhlükəsizlik mərkəzində cihazın cari təhlükəsizlik vəziyyətini yoxlaya və məlumatların qorunması üçün tövsiyələr ala bilərsiniz. Əlavə olaraq, şəkillərinizi göndərərkən meta məlumatlarını silən şəkil qoruma funksiyası, məkan və vaxt barədə şəxsi məlumatların görülməsinin qarşısını alır.