“Huawei” şirkəti yeni qatlanan flaqman “Mate Xs 2” smartfonunu təqdim edib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, cihaz Snapdragon 888 prosessoru, 5G texnologiyası, 8 və ya 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş, 7.8 düymlük displey və 50 MP-lik kamera ilə təchiz olunub.
Qeyd edək ki, “Mate Xs 2” həmçinin Wi-Fi 802.11ax və Bluetooth 5.2, NFC modulu və 4880 mAh tutumlu batareya alıb.
Smartfona Huawei HarmonyOS 2 əməliyyat sistemi quraşdırılıb, o
nun qiyməti ABŞ-da 1500 dollardan başlayır.