Çin nəhəngi “Huawei” və Qazaxıstanın “Astana Innovations” informasiya texnologiyaları şirkəti tezliklə paytaxtda 10 Gbit/s tutumlu sürətli 10G şəbəkəsini istifadəyə verəcək. Hələlik layihə test rejimində həyata keçiriləcək.
Əsas diqqət rabitə keyfiyyətinin yüksəldilməsi, rəqəmsal kanalların dayanıqlığının yaxşılaşdırılması və “ağıllı” şəhər ekosisteminin genişmiqyaslı inkişafına yönəldiləcək.
“Astana Innovations” şirkətinin rəhbəri Gizat Amirqali əmindir ki, “Huawei” ilə tərəfdaşlıq Qazaxıstan üçün yeni imkanlar açacaq və layihə İT texnologiyalarının və regionun telekommunikasiya infrastrukturunun inkişafına mühüm töhfə olacaq.
Xatırladaq ki, “Huawei” bundan əvvəl Çinin “Unicom” operatoru ilə birlikdə 10G şəbəkəsini sınaqdan keçirib. Şirkət orada 9834 Mbp/s yükləmə sürətini təmin edən 50G PON texnologiyasından istifadə edib.