13 C
Baku
Sunday, September 29, 2024

“Huawei” rekord gəlir əldə edib

Çinin ən iri, dünyanın isə ən böyük ikinci telekommunikasiya avadanlıqları istehsalçısı olan “Huawei” 2015-ci ilin yekunlarına əsasən rekord gəlir artımı qeydə alıb.

Məlumata görə, şirkətin bütün əsas biznes seqmentləri, o cümlədən smartfon satışı yüksək göstəricilərlə yekunlaşıb.

Ötən il “Huawei”in gəliri 395 milyard yuan (60,8 milyard dollar) olub. Xalis gəlir isə 36,9 milyon yuan (5,7 milyard dollar) təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 33% çoxdur. İstehlakçı biznesi (bura smartfonlar da daxildir) pulla ifadədə 72,9% artaraq 129,1 milyard yuana (19,9 milyard dollar) çatıb ki, bu da ümumi gəlirlərin 33 faizidir. Rabitə operatorları üçün avadanlıq buraxan bölmənin gəliri 21,4% artaraq 232,3 milyard yuan (35,8 milyard dolar) təşkil edib. Bu bölmə ümumi gəlirlərin 59 faizini verib. Korporativ istiqamət 27,6 yuan (4,3 milyard dollar) gəlirlə 43,8 faizlik artım göstərib.

“Reuters” yüksək inkişaf tempini Çində 4G xidmətinin yayılması ilə izah edir.

2015-ci ildə “Huawei” dünya bazarına 108 milyon ədəd smartfon çıxarıb və bu sahədə dünyada 3-cü olub.

lent.az

Son xəbərlər
Digər xəbərlər