6 C
Baku
Sunday, December 15, 2024

“Huawei” Rusiyada onlayn satışları dayandırdı

Çinin mobil cihaz və şəbəkə avadanlığı istehsalçısı “Huawei” şirkəti Rusiyadakı rəsmi “VMALL” mağazasında satışları dayandırıb. İndi sayta daxil olanda onun 1 avqust 2022-ci il tarixində Bakı vaxtı ilə saat 11:00-dan etibarən fəaliyyətini dayandırdığı bildirilir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Şirkətdən bildirilib ki, sifariş edilən bütün mallar müştərilərə vaxtında çatdırılacaq. Zəmanət xidməti də qüvvədə qalır. “Huawei” Rusiya bazarından çıxışın nə ilə əlaqəli olduğunu açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər