10 C
Baku
Saturday, November 23, 2024

“Huawei” Rusiyadakı mağazalarını bağlayır

“Huawei” Rusiyada mağazalarını bağlamağa başlayıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirilir ki, hazırda 19 mağazadan dördü fəaliyyətini dayandırıb.

Əsas səbəblər arasında məhsulların çatışmazlığı və smartfonlara tələbatın az olması göstərilir.

Hələ 2022-ci ilin martında “Financial Times” yazmışdı ki, Çin istehsalçıları olan “Xiaomi”, “Oppo” və “Huawei” Rusiyanın Ukraunada müharibəyə başlamasından sonra ölkəyə tədarükü yarıya qədər azaldıblar. Mənbələr bunu rublun məzənnəsinin qeyri-sabitliyi və Qərbin sanksiyaları ilə əlaqələndirirlər.

Son xəbərlər
Digər xəbərlər