Çinin Huawei texnologiya şirkəti beş il ərzində şəbəkə texnologiyaları və kiber təhlükəsizliyin inkişafına təxminən 100 milyard dollar sərmayə qoymağı planlaşdırır. Banker.az xəbər verir ki, bu haqda şirkətin qurucusu Ren Zhengfei xəbər verir.
“Dünyada ən yaxşı şəbəkə texnologiyalarının sistemini yaratmaq üçün növbəti beş ildə tədqiqat və inkişafa əhəmiyyətli investisiyalar qoymağı planlaşdırırıq “, – Ren Zhengfei bildirib.
Son zamanlar, Huawei Çinin digər texnologiya şirkəti olan ZTE kimi, ÇXR-in kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini iddia etdikdən sonra, dünyanın diqqət mərkəzində olmuşdur. Daha əvvəl bildirilmişdi ki, ABŞ, İngiltərə, Yeni Zelandiya və Avstraliyanın hökuməti Huawei avadanlıqlarının istifadəsinin qadağan edilməsi və məhdudlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmişdir. Şirkətin nümayəndələri bütün ittihamları inkar edirlər.
Huawei dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir, 4G və 5G sahəsi üzrə liderdir. 2018-ci ilin sonunda şirkətin gəliri 108,5 milyard dollar kimi qiymətləndirilib. Huawei 170-dən çox ölkədə işləyir və 180 min işçisi var. Konsernin qərargahı Shenzhen şəhərində (Çin) yerləşir.