27 C
Baku
Saturday, July 27, 2024

“Huawei” şirkəti “HarmonyOS 2”nin ilk cihazlarını nümayiş etdirib

“Huawei” şirkəti “HarmonyOS 2” əməliyyat sistemi əsasında ilk cihazlarını nümayiş etdirib: “P50” smartfonu, “MatePad Pro” planşeti, “Watch 3” və “Watch 3 Pro” “ağıllı” saatı. 

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Huawei P50

P50

Smartfon iki “Leica” kamera modullarının yerləşdiyi iki yuvarlaq seksiya ilə təchiz edilib. Yuxarı seksiyada üç, yuxarı seksiyada isə bir kamera yerləşir. Şirkətin rəhbəri Riçard Yunun sözlərinə görə, bu tərəfdaşlıq mobil çəkilişi yeni səviyyəyə yüksəldir. 

Smartfonun digər parametrləri və ya tam təqdimatının tarixi açıqlanmır. Riçard Yu smartfonun satışa çıxacağı tarixin məlum səbəblərə görə hələ təsdiq edilmədiyini vurğulayıb. 

Daha əvvəl qeyd edildiyi kimi, “Huawei P50” modeli universal “Harmony OS 2.0” əməliyyat sistemi ilə təchiz edilmiş ilk smartfon olacaq. 

Huawei MatePad Pro

Huawei MatePad Pro

Yeni “Huawei MatePad Pro” planşeti 12.6 düymlük OLED-ekran, maqnezium-alüminium ərintisindən hazırlanmış 6.7 mm qalınlığında korpus, Kirin 9000E prosessoru, üçlü kamera, 10050 mAh tutumlu batareya, 29 antena və Wi-Fi 6 modulu ilə təchiz edilib. Planşetin qiyməti 800 avro təşkil edir. 

Huawei Watch 3 və Watch 3 Pro

Huawei Watch 3 və Watch 3 Pro

Texnologiya nəhənginin təqdim etdiyi bu “ağıllı” saat sapfir şüşə, titan ərintisindən olan korpus, eSIM funksiyası və dörd günə qədər avtonom işləyə bilən yüksək tutumlu batareya ilə təchiz edilib. 

Cihaz bədən temperaturunu, ürək döyüntülərini, o cümlədən əllərin nə dərəcədə təmiz olduğunu ölçür. Saatların qiyməti müvafiq olaraq 410 və 515 dollar təşkil edir. 

Son xəbərlər
Digər xəbərlər