25 C
Baku
Saturday, July 27, 2024

“Huawei” şirkəti “Honor” markasının satışını elan etdi

Çinin telekommunikasiya korporasiyası “Huawei” çərşənbə axşamı “Honor” markalı smartfon istehsalı biznesinin bir hissəsinin satışını elan edib. Verilən məlumata görə, markanın əsas alıcısı “Shenzhen Zhixin New Information Technology” şirkətidir.

Banker.az bu barədə “TASS” agentliyinə stinadən xəbər verir.

“Huawei şirkəti Honor markasını satmağa qərar verib”, – şirkətin press-relizində deyilir. Səbəb olaraq “Huawei” mobil cihazların istehsalı üçün tələb olunan “texniki komponentlərin daima əlçatmazlığını” göstərir. Qeyd edildiyi kimi, müqavilə başlandıqdan sonra “Huawei” “Honor-un idarəetmə prosesində heç bir şəkildə iştirak etməyəcək”.

Xatırladaq ki, 2019-cu il 17 may tarixində ABŞ hökuməti milli təhlükəsizliyə təhdid olan “Huawei” şirkətini qara siyahıya daxil etmişdir. 2020-ci il 17 avqustda isə Amerika rəsmiləri daha əvvəl tətbiq edilən məhdudiyyətləri daha da genişləndirmişdir.

Son xəbərlər
Digər xəbərlər