“Huawei” şirkəti “Snapdragon 480” prosessorlu “5G” smartfonu hazırlayır

“Huawei” şirkəti beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) iş imkanına malik “Maimang 10 SE” adlı nisbətən ucuz smartfon buraxmağa hazırlaşır.

Qurğunun əsasını 2 giqahers takt tezlikli səkkiz nüvəni birləşdirən “Qualcomm Snapdragon 480” prosessoru, “Adreno 619” qrafik sürətləndiricisi və “Snapdragon X51 5G” mobil rabitə modemi təşkil edəcək. Operativ yaddaş tutumu barədə məlumat verilməsə də, onun 4 giqabayt olacağı ehtimal edilir.

Smartfon yuxarı hissədə 8 meqapikselli sensor əsasında ön kamera üçün kəsiyə malik 6,5 düymlük ekranla təchiz ediləcək. Ekranın yeniləmə tezliyi 60 giqahersə bərabər olacaq.

Arxa kamera özündə üç modulu birləşdirəcək: 13 meqapikselli əsas blok, 2 meqapikselli dərinlik sensoru və 2 meqapikselli makromodul.

Enerjini 22,5 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 5 min milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Həmçinin göz yorğunluğunun azaldılması vasitələri və elektron kitab rejimi qeyd olunur.

Çindən kənarda digər adla buraxılacağı gözlənilən “Huawei Maimang 10 SE” modelinin rəsmi təqdimatı yaxın vaxtlarda keçiriləcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.