1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Huawei” şirkətinin mədaxili azalıb

İlkin hesablamalara görə, 2021-ci ildə Çinin “Huawei” şirkətinin satışdan mədaxili 28,8% azalaraq 634 milyard yuan (təxminən 99 milyard ABŞ dolları) təşkil edib.

TASS-a istinadən xəbər verilir ki, azalmanı COVID-19 pandemiyası və ABŞ tərəfindən tətbiq olunan sanksiyalar şərtləndirib.

“2022-ci ildə bir sıra çağırışlara cavab verməliyik. Mürəkkəb dövrü arxada qoymaq üçün dünya üzrə tərəfdaşlarımızla yorulmadan səy göstərəcəyik”, – şirkətin bəyanatında deyilir.

 

 

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər