9 C
Baku
Friday, December 13, 2024

“Huawei” şirkəti “5G” sahəsində tədqiqata 40 milyard dollar investisiya yatırıb

Çinin “Huawei” şirkəti son on ildə beşinci nəsil mobil rabitə şəbəkələri (5G) sahəsində tədqiqat və işləmələrə 40 milyard dollar investisiya yatırıb. Hazırda Çinin texnoloji nəhəngi qeyd edilən istiqamətdə texnologiya və qurğular üçün ən çox patent hüququna malik şirkətdir. Onun “5G” sahəsində tədqiqat və işləmələrinə müxtəlif texnologiyaların, çiplərin, əsas alqoritmlərin və s. yaradılması daxildir.

 “Huawei” nümayəndələrinin sözlərinə görə, daxili test zamanı şirkətin “5G” şəbəkəsində ən yüksək bağlantı sürəti 10,3 Qbit/saniyə təşkil edib ki, bu da sahə üçün rekord nailiyyətdir. Son istifadəçilər üçün ən yüksək sürətə gəldikdə, göstərici 1,86 Qbit/saniyəyə bərabərdir.

Qeyd olunur ki, şirkət tərəfindən “5G” şəbəkələrinin işlənməsi və istismarı son vaxtlar əksər ölkələrdə aktiv müzakirə olunur. ABŞ hökuməti “Huawei” telekommunikasiya avadanlığından istifadəyə qadağa qoyduqdan sonra ekspertlərin fikirləri fərqlənməyə başlayıb. Onların bəzisi hesab edir ki, uzunmüddətli perspektivdə şirkət daha da güclənəcək və artım nümayiş etdirəcək. Lakin bir sıra mütəxəssislərin fikrincə, şirkət mövcud çətin şəraitdən çıxa bilməyəcək.

Hazırda “Huawei” “5G” sahəsində 2160 standart paketə (SEP) malikdir. “Nokia” şirkətinin aktivində 1516, “ZTE” şirkətinin isə 1424 patent var. Cənubi Koreyanın “Samsung” və “LG” şirkətlərinin isə müvafiq olaraq 1359 və 1353 patenti qeydiyyatdan keçib. ABŞ şirkətləri arasında ən çox qeydiyyatdan keçmiş patent hüququ “Qualcomm” şirkətinin aktivindədir.

©İctnews

Son xəbərlər
Digər xəbərlər