13 C
Baku
Friday, April 19, 2024

“Huawei” şirkəti Avropaya pəncərə açır

“Huawei” şirkəti ilk dəfədir ki, Çin ərazisindən kənarda müəssisə açmaq qərarına gəlib.

Banker.az xəbər verir ki, “Les Echos” qəzetinin verdiyi məlumata görə, texnologiya nəhənginin seçimi Fransa olub.

4G və 5G şəbəkələri üçün mobil antenaların istehsalı zavoduna 200 milyon avro investisiya qoyulacaq. Şirkətin Şenjendəki müəssisəsinin prezidenti Lyan Xua qeyd edir ki,  müəssisə təkcə yığma ilə deyil, eyni zamanda proqram təminatının test edilməsi və quraşdırılması ilə məşğul olacaq.

Xatırladaq ki, Vaşinqton Avropa İttifaqından “Huawei” ə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini tələb edir. Lakin avropalılar Ağ Evin bu tələblərini qulaqardı edirlər: yanvar ayın sonunda Böyük Britaniya şirkətin 5G şəbəkələrinin tikilməsinə iştirak etməsinə razılıq verdi.

Zavodun dəqiq olaraq Fransanın harasında tikiləcəyi hələ məlum deyil. Lyan Xuanın sözlərinə görə, hər şey fransız hökumətindən asılıdır.

Son xəbərlər
Digər xəbərlər