Amerikalı senator və respublikaçı Marco Rubio “Dövlət müdafiəsinə icazə qanunu”-na dəyişikliyin edilməsi sorğusunu göndərib. Yeni düzəliş Huawei şirkətinə onun patentlərindən istifadəyə görə lisenziya ödənişlərinin edilməməsi özəlliyini özündə daşıyır.
Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Lisenziya ödənişlərinin edilməsi üzrə məsələ Huawei şirkəti ilə ABŞ-ın Verizon mobil operatoru arasındakı konfliktdən sonra aktual oldu.
Belə ki, Huawei şirkəti şəbəkə təchizatı, strukturu və internet texnologiyaları sahəsində istifadə edilmiş patentlərə görə Verizon şirkətindən 1 milyard dollar ödəniş tələb edir. Verizon şirkəti də ABŞ hökumətinə müraciət edəndən sonra senator Marco Rubio Huawei şirkətinin bu tələbini əsassız adlandırıb və xəbərin əvvəlində olan düzəlişin baxılmasını təklif edib. Bu düzəliş isə öz növbəsində Huawei şirkətinin təzminat tələbi məsələlərində ABŞ məhkəmələrinə ümumiyyətlə müraciətini sonlandıra bilər.
Şirkətin hüquq məsləhətçisi Song Liuping isə qeyd edib ki, intellektual mülkiyyət hüququ siyasiləşdirilməməlidir. O həmçinin qeyd edib ki, 2015-ci ildə şirkət lisenziyalaşdırmadan 1.4 milyard dollar gəlir əldə edib. Lakin bununla yanaşı o, digər şirkətlərin patentlərinə 6 milyard dollardan çox vəsait xərcləyib. “Biz sadəcə olaraq inanmırıq ki, Marco Rubio-nu təqdim etdiyi düzəliş qanun kimi qəbul edilsin. Biz əsas gəlir mənbəyi royalti olan şirkət olmaq niyyətində deyilik” – deyə hüquq məsləhətçisi bildirib.
©Technote