10 C
Baku
Wednesday, December 11, 2024

“Huawei” şirkətinin patentində yeni qatlana bilən smartfonun dizaynı ortaya çıxıb

Bəzi məlumat sızıntılarına əsasən ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz yeni qatlana bilən smartfon modelinin satışlarını 2021-ci ilə təxirə salıb. Şirkətin yeni qatlana bilən smartfon modelinin necə görünəcəyi barəsində məlumat yoxdur. Lakin şirkətin yeni patenti həmin smartfonun hansı dizayna sahib olacağı üzrə bir variant təqdim edir. Bu barədə Letsgodigital saytı xəbər verib.

Beləliklə şirkət patentində əks olunmuş fotolardakı smartfonun dizaynı orijinal Mate X modelinin dizaynından tamamilə fərqlənir. Belə ki, Mate X modeli xarici istiqamətə qatlanan bir ədəd böyük ekran ilə təchiz olunurdusa, şirkətin yeni patentində Galaxy Z Fold 2 smartfonunu xatırladan modelin təsvirləri ortaya çıxıb. Patent fotolarından da görmək olar ki, smartfon demək olar çərçivəsiz böyük daxili ekrana və xaricdən gövdənin bir hisəsini əhatə edən əlavə ekrana sahibdir.

yDUyyubPL22z2tPuMGjQmjuWFaYVE

 Smartfonun arxa panelində həmçinin optik zoom özəllikli teleskopik obyektivə sahib kamera sistemi yerləşdirilib. Digər özəlliklər arasında xarici ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəni və barmaq izi skanı texnologiyasının kənar hissədə olan yandırıb/söndürmə düyməsinə inetqrasiyasını misal gətirmək olar. Patentdə bu smartfonun texniki özəllikləri barəsində bir məlumat yoxdur. Huawei Mate X2-nin məhz bu cür dizayna sahib olub-olmayacağı bilinmir.

Son xəbərlər
Digər xəbərlər