10 C
Baku
Thursday, December 12, 2024

Huawei şirkətinin yaradıcısı: “6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq”

Bir çox ölkələrin hökumətləri və telekommunikasiya şirkətləri artıq 5G şəbəkəsinin inteqrasiyasına başlayıblar. Bir çox təchizat tərtibatçısı öz diqqətlərini artıq 6G-yə yönəltsələr də Huawei şirkətinin təsisçisi Ren Zhengfei düşünür ki, 6G barəsində danışmaq hələ tezdir. Bu barədə Gizchina saytı xəbər verib. Ren Zhengfei əmindir ki, hər bir yeni şəbəkə standartının hazırlanması bir neçə il vaxt aparır. Huawe şirkətinin təcrübəsini nəzərə almaqla Ren Zhengfei düşünür ki, adi istehlakçılar 6G şəbəkəsini 10 ildən sonra əldə edəcəklər.

    “6G şəbəkəsi yüksək tezlikdə çalışır. Onun sürəti həqiqətən də heyrətləndirir və 5G-ni geridə qoyur. Lakin 6G şəbəkələri üçün zəif olan məqam ondan ibarətdir ki, o, zəif yayılmaya sahibdir. Onun üçün lazımi infrastrukturun yaradılmasına 10 il vaxt lazım ola bilər” – deyə Ren Zhengfei bildirib. 2009-cu ildə Huawei şirkəti 5G şəbəkəsinin inkişaf etdirilməsinə 600 milyon dollar investisiya yatırmışdı. 5G şəbəkəsi üzərində işlərin sürətləndirilməsi üçün 2016-cı ildə əlavə olaraq 1.4 milyard dollar investisiya da cəlb edildi.

    Maraqlısı ondadır ki, Huawei şirkətinin 5G şəbəkəsinin inkişafına yatırdığı vəsait ABŞ və Avropadan olan şirkətlərin yatırdıqları vəsaitlərdən 2 milyard dollar çoxdur. Bugünki gündə Huawei şirkətinə 5G şəbəkəsi ilə bağlı patentlərin 20%-i məxsusdur. Analitiklər əmindirlər ki, kommersiya məqsədli istifadə üçün 6G şəbəkəsinin yaradılmasına 2030-cu ildə start veriləcək. Nəzəri cəhətdən 6G şəbəkəsinin sürəti 5G-dən 10 dəfə çoxdur və saniyədə 1 Tbit-ə çata bilər.

©Technote

Son xəbərlər
Digər xəbərlər