16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Huawei” smartfonları enerjidoldurma adapteri ilə təchiz edilməyəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Huawei” şirkətinin smartfonları pulsuz aksesuarlarla təchiz edilməyəcək.

Şirkət yeni smartfonlar dəstində enerjidoldurma adapterini ləğv etmək niyyətindədir. Beləliklə, “Huawei” şirkəti “Apple”, “Samsung” və digər smartfon istehsalçılarının qərarını təkrarlamaqla yanaşı, smartfon buraxılışında qənaət edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu qərar sayəsində Çin şirkəti milyonlarla dollara qənaət edə bilər.

Bununla yanaşı, pulsuz aksesuardan imtina üçün əsas səbəb qənaət istəyi və ya ətraf mühit qayğısından daha çox yarımkeçiricilər bazarında defisitdir. Mənbələr qeyd edir ki, “Huawei” enerjidoldurma qurğularında da son aylar kəskin çatışmazlığı hiss olunan mikrosxemlərdən istifadə olunur. Çin şirkətinin enerjidoldurma adapterlərini ayrıca satacağı gözlənilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər