10 C
Baku
Friday, December 13, 2024

“Huawei” smartfonların təhlükəsiz sökülməsi üçün xüsusi cihaz hazırlayıb

Smartfon sınanda çox zaman onun sökülməsi tələb olunur. Bu, çox zəhmət tələb edən bir prosesdir, həmçinin qurğuya daha çox zərər vurmamaq üçün müvafiq təcrübə lazımdır. Lakin “Huawei” şirkətinin çeşidində smartfonu 6 dəqiqə ərzində səliqəli şəkildə sökə bilən xüsusi cihaz mövcuddur.

Çinin “Huawei” şirkəti təmir vaxtı gözlənilməz hadisələrin qarşısını almaq üçün smartfonların avtomatik sökülməsi platformasını işləyib hazırlayıb. Bu platforma arxa qapağın qızdırılması üçün optimal temperaturu yüksək dəqiqliklə müəyyənləşdirir və olduqca səliqəli şəkildə onu ayırır. Bundan başqa, bu prosesdən öncə zədələnmənin qarşısını almaq üçün qurğuya qoruyucu plyonkalar yapışdırılır. Prosedur zamanı avtomatik sökmə platforması qurğunun vəziyyətinə nəzarət edir, bununla da həddən artıq qızma və ya sınma ehtimalının qarşısını alır.

Bu cihaz “Huawei” şirkətinin xidmət mərkəzlərində istifadə olunur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər