16 C
Baku
Thursday, April 18, 2024

“Huawei” smartfonlarını sındıra bilən hakerlərə 200 min avro ödəyəcək

Belə bir təklif tez-tez Microsoft şirkətindən səslənir.

Çin şirkəti hakerlərin smartfon proqramı sistemində zəifliklər tapması üçün pul ödəmək niyyətindədir.

Zəifliklərin aşkarlanması və “sındırılma” üçün mükafat məbləği kifayət qədər böyük – 200 min avroya qədər olacaq.

Xarici mətbuata istinadən xəbər verir ki, Huawei tərəfindən bu təklif Münhendə xüsusi toplantıda səslənib. Bu, Avropa ölkələrinə Çin şirkətinin nə qədər etibarlı proqram təminatından istifadə etdiyini nümayiş etdirmək məqsədi ilə təşkil edilib.

Əvvəllər müxtəlif ölkələrin hakimiyyət orqanları dəfələrlə Huawei-ı etibarsız proqram təminatı və avadanlıq istehsal etməkdə günahlandırırdılar.

Xatırladaq ki, qısa müddət əvvəl Kryptowire mütəxəssisləri ucuz smartfonlarda olan çox sayda əlavələrdə zəifliklər tapıblar.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər