12 C
Baku
Saturday, November 23, 2024

“Huawei” və “Xiaomi” patent müqaviləsi bağlayıblar

Çin texnologiya korporasiyası “Huawei” rəqibi “Xiaomi” ilə patent paylaşımı müqaviləsi bağladığını açıqlayıb. Müqavilə şirkətlərin bir-birinin kommunikasiya texnologiyalarından, o cümlədən 5G texnologiyalarından istifadə etməsini nəzərdə tutur. Sövdələşmənin maliyyə şərtləri və onun hansı patentləri əhatə etməsinin konkret təfərrüatları açıqlanmayıb.

Mart ayında Çin mediası “Huawei”nin “Xiaomi”ni məhkəməyə verdiyini, şirkəti onun dörd patentini, o cümlədən simsiz rabitə ilə bağlı olanları, həmçinin smartfonlarda ekranın kilidlənməsi və fotoqrafiya texnologiyalarını pozmaqda ittiham etdiyini bildirmişdi. Bundan əvvəl “Huawei”nin Çinin “Oppo” və Cənubi Koreyanın “Samsung” şirkətləri də daxil olmaqla bir sıra digər texnologiya şirkətləri ilə patent müqavilələri bağladığı bildirilmişdi. “Huawei” həmçinin keçən il patent qonorarlarından 560 milyon dollar qazandığını və son illərdə patent qonorarından əldə etdiyi məbləğin öz analoji ödənişlərini aşdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər