®TƏNƏFFÜS TƏLİMİ VƏ STRESS AZALTMA FUNKSİYALARI
Yalnız yuxuda deyil, gündüz saatlarında da nəfəsin izlənməsi və təkmilləşdirilməsi üçün saatlar xüsusi funksiyalar təqdim edir. Saat nəfəs məşqləri, stres azaldıcı seanslar və emosional vəziyyətə uyğun relaksasiya texnikaları ilə istifadəçiyə daha balanslı psixoloji vəziyyət təklif edir.
“Emosiyalar” funksiyası, nəfəs tezliyi və HRV əsasında istifadəçinin emosional durumunu təhlil edir. Stres və gərginlik aşkarlanarsa, sistem dərhal rahatlama texnikaları təklif edir, hətta istifadəçiyə vizual stikerlərlə əhvalını göstərməyə imkan verir. Bu animasiyalar – pişik, panda və ya it şəklində – həm əyləncəlidir, həm də emosional vəziyyətin müşahidəsi üçün praktik vasitədir.
Əsas versiyada stress izləmə proqramı mövcuddur, Pro modelində isə bu funksiyaları daha dərin şəkildə təqdim edir. Bu da onu emosional balansına və nəfəs sağlamlığına önəm verən istifadəçilər üçün ideal vasitəyə çevirir.
QADIN SAĞLAMLIĞI ÜÇÜN ŞƏXSİ KÖMƏKÇİ
HUAWEI WATCH FIT 4 Pro qadın istifadəçilər üçün sağlamlıq monitorinqini daha həssas və dəqiq şəkildə təklif edən funksiyalarla təchiz olunub. Saat, menstrual dövrün izlənməsi, xüsusi günlərin təyin edilməsi, eləcə də simptomların qeyd olunması kimi funksiyaları dəstəkləyir.
Saatlarda bədən temperaturunu ölçən sensor da yerləşdirilib. Bu sensor bədən temperaturundakı dəyişiklikləri izləyərək dəqiq hesablamalar etməyə imkan verir. Bu xüsusiyyət həm planlaşdırma məqsədilə, həm də sağlamlıq göstəricilərinə nəzarət etmək üçün əvəzolunmazdır.
DAHA ELMİ YUXU MONİTORİNQİ VƏ TƏNƏFFÜS İZLƏMƏ
HUAWEI WATCH FIT 4 Pro yuxu monitorinqini yeni bir mərhələyə daşıyır. Əvvəlki modellərdə yalnız yuxu mərhələlərinin qeydiyyatı təqdim olunurdusa, Pro versiyada bu funksiyalara nəfəsin dayanması (apneya) və yuxuda SpO2 səviyyəsinin dəyişməsi kimi kritik indikatorlar da əlavə olunub.
Saat yuxu zamanı ürək döyüntüsünün dəyişkənliyini (HRV) və oksigenin qanda doyma səviyyəsini izləyərək, istifadəçinin tənəffüs sağlamlığı haqqında ətraflı məlumat təqdim edir. Əgər istifadəçi yuxuda nəfəs dayanması epizodları yaşasa, sistem bunu aşkarlayıb analiz edir və səhər istifadəçiyə bu barədə HUAWEI Sağlamlıq tətbiqi vasitəsilə hesabat təqdim edir.
Bu xüsusiyyət yuxu pozuntularının erkən aşkarlanması və gündüz yorğunluğu, diqqət əskikliyi və yaddaş zəifliyi kimi problemlərin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyır.
HUAWEI WATCH FIT 4 və HUAWEI WATCH FIT 4 Pro modelləri AMOLED ekranla təchiz olunub və yüksək parlaqlıqla fərqlənir. HUAWEI WATCH FIT 4-də 1.82 düym ölçülü ekran maksimum 2000 nit parlaqlığa malikdir, bu isə açıq havada, günəş işığında belə rahat oxunmanı təmin edir. HUAWEI WATCH FIT 4 Pro isə daha üstün göstərici ilə 3000 nit parlaqlıq təqdim edir. Hər iki modeldə 60 Hz yeniləmə tezliyi və Always-On Display (AOD) funksiyası mövcuddur. Ekranlar incə çərçivəli dizaynı ilə estetik görünür və istifadə rahatlığı təmin edir. Pro versiyası, əlavə olaraq, ekran qorunması və material baxımından daha davamlı və premium keyfiyyətlidir, sapfir şüşə ilə təchiz olunub.
Nəticə olaraq, HUAWEI WATCH FIT 4 və HUAWEI WATCH FIT 4 Pro qadın sağlamlığı, yuxu keyfiyyəti və nəfəs ritminin izlənməsi sahəsində bazarda mövcud qabaqcıl modellərdən biridir. Bu ağıllı saat, yalnız texnoloji vasitə deyil, həm də insani ehtiyacları anlayan və onlara cavab verən həssas bir köməkçidir.