®HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro yalnız saat deyil, sənin motivasiya və ilham mənbəyindir. O, istifadəçisi üçün hər yeni nailiyyətdə daha güclü və inamlı hiss bəxş edir. Bu ağıllı saatlar sənin idman məqsədlərinə nail olmaqda əvəzolunmaz tərəfdaşındır. Dəqiq ürək döyüntüsünü, məsafəni, sürəti və digər əsas göstəriciləri izləmək, məşqlərini optimallaşdırmağa və yeni zirvələrə çatmağa imkan yaradır. Müxtəlif idman rejimləri, o cümlədən qaçış, üzgüçülük, velosiped və daha çoxunu əhatə edən geniş spektr, məşqlərin üçün uyğun rejimi tapmağı asanlaşdırır.
PARLAQ AMOLED EKRAN
Qeyd edilən HUAWEI smart saatları parlaq AMOLED ekranı ilə təchiz edilib, bu da məlumatların görüntülənməsini rahat və zövqlü edir. Ekrandan vacib məqamları yaddaşa vermək üçün ekran görüntüsü funksiyası-skinşot mövcuddur. Saatlar hər kəsin zövqünə uyğun bir çox fərqli saat siferblatı seçməyə imkan verir. Ekrandakı panda personajı aktivliyinizi izləməyə kömək edərək gündəlik həyatda pozitiv ruh halını qorumaqda sizin sadiq dostunuz olacaq.
DƏBLİ DİZAYN
Unikal 8-bucaqlı dizaynı ilə HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro hər bir geyim tərzinə xüsusi vurğu əlavə edir. Həndəsi forma saatlara müasir bir görünüş verir, stilin çoxşaxəliliyi istifadəçilərə müxtəlif kəmərlər və saat siferblatları seçərək görünüşlərini dəyişdirməyə imkan tanıyır. Bu saatlar həm işgüzar görüşlər, həm də gündəlik istifadə üçün mükəmməldir. İnnovativ texnologiyalarla estetik dizaynın birləşməsi, HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro-nu aktiv insanlar üçün ideal yoldaş edir.
EMOSİYALAR FUNKSİYASI
Ağıllı saatlar, həmçinin emosional vəziyyətinizi və stres səviyyənizi izləyən unikal Emosiyalar funksiyasını təklif edir. Bu funksiya istifadəçilərə hisslərini anlamaq və gündəlik həyatda rahatlama yollarını tapmaq imkanı verir. Saatlar fizioloji göstəriciləri analiz edərək, ruh halını və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim edir. Emosiyalar funksiyası məlumatlılığı artırır və istifadəçilərin psixoemosional vəziyyətlərini daha yaxşı idarə etmələrinə kömək edir, bu isə müasir dünyada xüsusilə vacibdir.
UZUNMÜDDƏTLİ AVTONOM İŞLƏMƏ
HUAWEI WATCH GT 5 Pro 46 mm və HUAWEI WATCH GT 5 46 mm 14 günədək enerji yığmadan işləmə müddəti təklif edir, bu da onları səyahətlər və aktiv həyat tərzi üçün mükəmməl tərəfdaş edir. İstifadəçilər fiziki fəaliyyətlərini izləyə və bildirişlər alaraq, enerji doldurmadan narahat olmadan vaxt keçirə bilərlər. HUAWEI WATCH GT 5 Pro 42 mm və HUAWEI WATCH GT 5 41 mm isə 7 gün avtonom iş imkanı təqdim edərək gündəlik istifadə üçün praktik həll axtaranlar üçün uyğun gəlir.
UNİKAL DİZAYN SEÇİMLƏRİ
HUAWEI WATCH GT 5 unikallığınızı vurğulamaq üçün bir çox variantlar təqdim edir. 46 mm-lik klassik qəhvəyi dəri, idman üslublu qara və göy silikon kəmərli bu ağıllı saatlar tam fərqli tərzlərə uyğun gəlir. 41 mm-lik qadın versiyası, qolda qara silikon və ağ dəri kəmərlər və qızılı milanez qolbaq ilə zəriflik və cəlbedici tərz əlavə edir. 46 mm HUAWEI WATCH GT 5 Pro qara və gümüşü rəngləri və dözümlü titan gövdəsi ilə statusu vurğulayır, 42 mm keramik versiyası isə qadınların fərlqi geyim dəstinə incəlik və dəb qatır.








