-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Huawei” yarı qiymətə AirPods Pro qulaqcıqlarının analoqunu təqdim etdi

“Huawei” şirkəti yarı qiymətə AirPods Pro qulaqcıqlarının analoqunu – FreeBuds 3i modelini təqdim edib. Bu qulaqcıqlar səs-küy azaltma sistemi ilə təchiz olunmuşdur ki, bu da onları AirPods Pro qulaqcıqlarının rəqibinə çevirir.
Banker.az xəbər verir ki, Huawei FreeBuds 3i modelində erqonomikaya xüsusilə diqqət ayrılıb.

airpods.jpg1

Musiqini idarə etmək və ya zəngə cavab vermək üçün qulaqcıqlar sensor sistemi ilə təchiz edilib. Qeyd edildiyi kimi, bu qulaqcıqlar 3,5 saata qədər işləyir, akkumulyator keysi isə onların işini daha 14,5 saatadək uzadır.

airpods.jpg2

Aksessuar ağ və qara rəngdə təqdim edilcək. Böyük Britaniyada Huawei FreeBuds 3i qulaqcıqlarının qiyməti 90 funt sterlinq (112 dollar) təşkil edəcək. Satışlara mayın 20-də start verilir.

Son xəbərlər
Oxşar xəbərlər