Huawei bu ay möhkəmliyi ilə seçilən, qatlana bilən telefon Mate X2-ni təqdim etməyə hazırlaşır. Qatlana bilən telefon Mate X2, 22 Fevralda təqdim ediləcək.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Huawei, yeni qatlana bilən telefonu Mate X2 ilə fərq yaratmağı hədəfləyir. ABŞ ilə fikir ayrılıqları olan Huawei, Google tətbiqetmələri olmadan satışlarında böyük bir azalma yaşayıb. Huawei, Mate X və Mate XS modellərinin yüksək qiymətləri mübahisəli olmasına baxmayaraq, qatlana bilən telefon texnologiyasının qabaqcıllarından biri olduğunu sübut edir.
Rəqibi “Samsung Galaxy Fold 2″ni qələm dəstəyi ilə qabaqlamağı planlaşdıran Mate X2, kiçik bir laptop kimi də istifadə edilə bilər.