“Huawei” beynəlxalq bazarda mövcud olan cihazlar portfelini genişləndirməyə davam edir. Verilən məlumata görə, onlardan sonuncusu yeni “Watch Fit Mini” saatıdır. Yığcam olmasına baxmayaraq, cihaz daha böyük “Watch Fit” saatının bütün xüsusiyyətlərini özündə saxlayır.
“Watch Fit Mini”nin 1.47 düymlük düzbucaqlı displeyi toxunuşla idarə olunur və AMOLED matrisa ilə təchiz edilib. Yeniliyin korpusunun çəkisi cəmi 20 qram təşkil edir. Cihazın kəmərinin üç rəng seçimi vardır: ağ, qəhvəyi və yasəmən.
“Watch Fit Mini” 96 müxtəlif növ fiziki fəaliyyətin monitorinqi, yuxu və menstruasiya izləməsi daxil olmaqla, geniş proqram funksiyalarına malikdir. Şirkət cihazın bir şarjla 14 gün işlədiyini bildirir. Saat Avropa bazarında 99 avro qiymətinə satılır.