15 C
Baku
Tuesday, April 23, 2024

Huawei yenilənmiş MateBook X Pro (2020) noutbuk modelini təqdim etdi – Foto

Öz təqdimat tədbiri çərçivəsində Huawei şirkəti MateBook X Pro noutbuk modelinin 10-cu nəsil Intel prosessoru əsasında hazırlanmış yenilənmiş versiyasını təqdim etdi. Yenilənmiş noutbuk modelinin əsas özəllikləri arasında Nvidia videokartı, yüksək çalışma müddəti və Android cihazlar arasında kontentin sinxronlaşdırılması funksiyası var. Beləliklə Huawei MateBook X Pro (2020) noutbuku 3000×2000 piksel keyfiyyətli 13.9 düym sensorlu LTPS ekranı əldə edib. Ekran noutbukun üst qapağının sahəsinin 91%-ni əhatə edir və sRGB rəng qammasının 100%-lik əhatəsini təmin edir.

MateBook X Pro

Bununla yanaşı noutbukun ekran ətrafı çərçivələri də çox nazikdirlər. Ön kamera isə klaviaturanın üst hissəsindəki düymələrdən birinə inteqrasiya edilib. Həmçinin noutbuk gövdəsinin üzərində barmaq izi skanı texnologiyası mövcuddur. İstifadəçi barmaq izi skanı texnologiyasından istifadə etməklə Windows Hello ilə noutbuku aktivləşdirə bilər. Əsas texniki göstəricilərə gəldikdə, MateBook X Pro (2020) modeli 4.9 GHz tezlikli 4 nüvəli Intel Core i7-10510U prosessoru ilə təchiz olunub. Noutbukun daha sadələşdirilmiş versiyası Intel Core i5 prosessoruna sahibdir.

Noutbuk həmçinin 16 GB RAM və NVMe tərz 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Noutbukun daha yuxarı versiyası 1 TB daxili yaddaş həcminə sahibdir. Multimedia özəlliyi qismində 4 ədəd səsgücləndirici çıxış edir. Intel UHD-dən başqa noutbukun bəzi versiyaları GDDR5 standartlı 2 GB videoyaddaşlı Nvidia GeForce MX 250 videokartına sahibdirlər. İnterfeys girişləri qismində noutbukda 2 ədəd USB Type-C, 1 ədəd USB Type-A və 3.5 mm-lik audiogiriş var.

MateBook X Pro2

Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra MateBook X Pro (2020) 12 saat video izləmə rejimində və 11.5 saat web surfing rejimində çalışa bilər. Noutbuk Windows 10 əməliyyat sistemi vasitəsilə çalışır və şirkətin ekosisteminə daxil olan smartfon modelləri ilə sinxronlaşdırmanı dəstəkləyir. Əsasən noutbuk vasitəsilə telefon zənglərinin yerinə yetirilməsi və kontentin redaktə olunması özəllikləri var. MateBook X Pro (2020)-nun satış tarixi şirkət tərəfindən daha sonra bildiriləcək. Onun qiymətləri isə aşağıdakı kimidir:

– Intel Core i5 + 16 GB RAM + 512 GB daxili yaddaş həcmi – 1499 avro

– Intel Core i5 + 16 GB RAM + 512 GB SSD + Nvidia diskret qrafikası – 1699 avro

– Intel Core i7 + 16 GB RAM, + 1 TB daxili yaddaş həcmi + GeForce MX 250 – 1999 avro.

©Technote

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər