24 C
Baku
Thursday, September 29, 2022

“Huawei”in 2 əməkdaşı Danimarkadan qovulub

Danimarka Çinin “Huawei” şirkətinin 2 əməkdaşını ölkədən deportasiya edib.

Banker.az xəbər verir ki, bu barədə Kopenhaqen Polisi məlumat yayıb.

Bildirilib ki, əmək müfəttişliyinin yanvarın 31-də “Huawei” şirkətinin paytaxt Kopenhaqendəki ofisində apardığı ənənəvi yoxlamalar zamanı 4 əməkdaşın Danimarkada yaşayış və işləmə icazəsinin olmadığı üzə çıxıb. Nəticədə, qaydaları pozaraq ölkədə qanunsuz yaşayan həmin 4 işçidən 2-si Danimarkadan deportasiya ediliblər.

Danimarka Miqrasiya Xidməti bildirib ki, digər 2 nəfərin sənədləri yenilənməyib və onların məsələsinə hələlik baxılmır.

Bununla belə, Kopenhaqen Polisi vurğulayıb ki, “Huawei”in 2 əməkdaşının ölkədən qovulması bəzi Qərb ölkələrinin bu şirkətin Çinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə iddiaları ilə əlaqəli deyil.

Azvision

Son xəbərlər
Oxşar xəbərlər