12 C
Baku
Wednesday, December 11, 2024

“Huawei”in gəlirləri 2%-dən çox azalıb

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin gəlirləri ilin 9 ayında 2.2 faiz azalaraq, 445.8 milyard yuan (təxminən 61.63 milyard ABŞ dolları) təşkil edib.

Gəlirlərin azalması qlobal iqtisadi tənəzzül fonunda baş verib. Bildirilir ki, bu dövrdə şirkətin mənfəəti gəlirin 6.1 faizi civarında olub.

“Huawei”in icraçı prezidenti Erik Su bildirib ki, şirkətin ümumi fəaliyyəti proqnozlara uyğundur. Cihaz istehsalı biznesində azalma olsa da, informasiya-kommunikasiya texnologiyaları biznesində sabit artımı saxlayıb.

Media “Huawei” şirkətinin cihaz istehsalı biznesinin zəifləməsini, əsasən COVID-19 pandemiyasının iqtisadi fəallığa mənfi təsiri ilə əlaqələndirir.

Qeyd edək ki, 1987-ciildə yaradılan “Huawei” Çinin ən iri telekommunikasiya şirkətidir. Baş ofisi Çinin Şencen şəhərində yerləşən şirkət mobil və sabit internet şəbəkəsi üçün avadanlıq, multimedia texnologiyaları, smartfon, kompüter, planşet, televizor və s. istehsal edir. Dünyanın 170-dən çox ölkəsinə məhsullarını və xidmətlərini ixrac edən “Huawei” 2012-ci ildə telekommunikasiya avadanlığı istehsalının həcminə görə “Ericsson”u qabaqlayaraq, dünyada birinci olub. “Huawei” 2018-ci ildə “Apple” şirkətini ötərək, “Samsung”dan sonra dünyada ikinci ən böyük smartfon istehsalçısına çevrilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər