“Huawei”in mühəndisi pilotsuz elektrikli velosipedin prototipini yaradıb

“Huawei”in mühəndisi Zhihui Jun velosiped qəzası nəticəsində aldığı travmadan sonra təhlükəsiz nəqliyyat vasitəsini yaratmaq istəyib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. O, pilotsuz elektrikli velosipedin prototipini təqdim edib.

Bildirildiyi kimi, bu velosiped xüsusi datçiklər, kameralar, lidarlar, akselerometr və hiroskopla təchiz edilib. Bununla yanaşı, nəqliyyat vasitəsinə tarazlığı saxlamağa kömək edən sistem quraşdırılıb.

“Gizmochina” nəşrinin vurğuladığı kimi, bu, mühəndisin kənar layihəsidir və o, elektrikli velosipedi satmağı planlaşdırmır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.