22 C
Baku
Friday, May 10, 2024

“Huawei”in qurucusu ABŞ-ı Çin nəhəngini “öldürmək” istəyində günahlandırıb

“Huawei”in qurucusu Ren Zhengfei ABŞ-ı Çin texnologiya nəhəngini məhv etmək istəyində günahlandırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“ABŞ-ın yeni hücum dalğası ilə qarşılaşdıqda, amerikan rəsmilərinin bizi öldürmək istədiklərini başa düşdük”, – deyə Zhengfei söyləyib. Onun sözlərinə görə, ABŞ-ın sanksiyaları səbəbindən şirkət bütün aktivlərini, “Honor” törəmə şirkətini və filiallarını satmağa məcbur olub. Müqavilələrin məbləği açıqlanmasa da, KİV onları 15 milyard dollar dəyərində qiymətləndirib.

“Tamamilə ayrıldıqdan sonra “Honor” ilə heç bir münasibətimiz olmayacaq. Biz qaydalara, o cümlədən beynəlxalq normalara ciddi əməl edəcəyik”, – rəhbər vurğulayıb.

Xatırladaq ki, 2019-cu ilin mayında ABŞ “Huawei” şirkətinə qarşı sanksiya tətbiq edib. Bu məhdudiyyətlə çərçivəsində Amerika şirkətləri Çinin İT nəhəngi ilə biznes apara bilmirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər