12 C
Baku
Sunday, October 27, 2024

“Huawei”yə qarşı rəsmi ittiham irəli sürüldü – ABŞ tərəfindən

Amerika tərəfi “Huawei” şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

Bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.

“Bu gün biz telekommunikasiya nəhəngi olan “Huawei” və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik”, – deyə məlumatda bildirilir.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “Huawei” “T-Mobile” şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyaları pozmaqda ittiham olunur.

Bundan əlavə, Maliyyə Nazirliyi “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.

©Report

Son xəbərlər
Digər xəbərlər