-1 C
Baku
Sunday, December 15, 2024

Hugh Troy – “skamya zarafatı”

XX əsrin əvvəlində kifayət qədər məşhur olan amerikalı rəssam-illüstrator  Hugh Troy böyük kütlənin iştirak etdiyi geniş miqyaslı zarafatları sevirdi. Çox güman ki, o bizim dövrdə yaşasaydı onu ya sosial performansçı adlandırar və dərhal ona hər hansı bir mükafat təqdim edərdilər.

Bir dəfə Troy bacardığı ən yaxşı şəkildə səliqəli geyinir və qoltuğunda bir bağlama ilə Mərkəzi parka yollanır. Qazonun üzərinə çatdıqda isə bağlamanın içərisindən parkdakı skamyaların eynisindən birini çıxarır, yerə qoyur və onun üzərində oturaraq dincəlməyə başlayır. Bu zaman heç kəs ona xüsusi olaraq əhəmiyyət vermirdi. Lakin parkın bu “sakini” bir müddət sonra ayağa qalxdıqda və əyləşdiyi skamyanı əlinə alaraq çıxışa tərəf yollandıqda polisin nəzərləri dərhal ona köklənir. Belə məlum olur ki, əbəs yerə… Çünki bu nəcabətli şəxs ləyaqətinə söz gətirmədən skamyanı aldığını sübut edən çeki polislərə nümayiş etdirir.

Troy bu zarafatı parkda olan bütün polislərlə həyata keçirənə qədər bir neçə gün ərzində davam etdirir. Bundan sonra isə o dostlarını bir araya toplayır, onları nəcib şəkildə geyindirir və hər kəsin təəccüb dolu baxışları altında Mərkəzi parkda eyni skamya zarafatını davam etdirir. Bu zaman Mərkəzi park polisinin yaşadığı anlaşılmazlıq hissini görmək maraqlı olardı…

Son xəbərlər
Digər xəbərlər