-1 C
Baku
Friday, February 21, 2025

Hulusi Akar britaniyalı həmkarı ilə danışıqlar apardı 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyaya səfər edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə baş tutub.

Akar səfər çərçivəsində britaniyalı həmkarı ilə təkbətək görüşüb, daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib.

 

 

Son xəbərlər
Digər xəbərlər