28 C
Baku
Saturday, July 27, 2024

Hulusi Akar: “Bu həftə taxıl dəhlizilə bağlı İstanbulda dördtərəfli toplantı keçiriləcək”

Türkiyənin müdafiə naziri Hulusi Akarın sədrliyi ilə Baş Qərargah rəisi, Silahlı Qüvvələr komandanları, nazir müavinləri və birlik komandirlərinin iştirakı ilə videokonfrans keçirilib.

Ordunun davam edən fəaliyyətləri və son vəziyyət haqqında məlumatlar verən nazir taxıl dəhlizi məsələsini də şərh edib. O, ümumi prinsiplər üzrə tərəflər arasında raılığın əldə edildiyini dilə gətirib.

“Ümumi prinsiplər əsasında taxıl və qida məhsullarının daşınması planı razılaşdırılıb. Bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə daha bir toplantı keçiriləcək. Bu çərçivədə, İstanbulda əməliyyat mərkəzinin qurulması, çıxış və təyinat nöqtələrində birgə nəzarət, transfer yollarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi əsas texniki məsələlər müzakirə ediləcək”, -deyə Akar məlumat verib.

Son xəbərlər
Digər xəbərlər