11 C
Baku
Tuesday, November 26, 2024

Hulusi Akar israilli həmkarının Türkiyəyə gözlənilən səfərindən danışıb

“İllərdən sonra ilk dəfə bu səviyyədə bir səfər baş tutacaq”.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin İsrail müdafiə nazirinin Türkiyəyə gözlənilən səfərinə dair sualına cavabında deyib.

Akar, 27 oktyabrda Türkiyəyə gələcək İsrail müdafiə naziri Beni Hantsla ümumi vəziyyəti qiymətləndirəcəklərini qeyd edib.

“Bizim siyasətimiz və baxışlarımız bəllidir”, – Akar vurğulayıb.

Nazir onu da qeyd edib ki, Türkiyə son dərəcə şəffaf bir siyasət yürüdür: “Siyasi baxışlarımızı da çatdıracağıq. Hadisələrin inkişafına uyğun olaraq, sonrakı mərhələlərin nələrdən ibarət olacağını görəcəyik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər