“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi ilə bağlı memorandum imzalanıb. Hazırda Mərkəzin inşası davam edir”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.
O xidmət müddəti ilə bağlı məsələni Rusiya ilə müzakirə edəcəklərini deyib.
Nazir, həmçinin qeyd edib ki, Türkiyə Qarabağa artıq 60 hərbçi göndərilib.