25 C
Baku
Monday, April 29, 2024

Hulusi Akar Rusiyaya gedib – Suriyanın hava məkanının açılması müzakirə ediləcək

Türkiyənin Müdafiə və Kəşfiyyat Nazirliyinin rəhbərləri Moskvaya gedib.

Nazirlər Moskvada danışıqlar aparmaq niyyətindədirlər.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, ölkəsi Rusiya tərəfi ilə Kürd Xalq Özünümüdafiə Dəstəsinə qarşı hərbi əməliyyat keçirmək üçün Suriyanın şimalı üzərində hava məkanının açılması imkanını müzakirə edir .

Agentliyin məlumatına görə, Türkiyə tezliklə quru əməliyyatına başlamağı planlaşdırır.

Akar qeyd edib ki , bu əməliyyatın keçirilməsi ilə bağlı bütün problemlər  Rusiya Federasiyası ilə müzakirə olunur .

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib ki, Rusiya Türkiyənin Suriyada quru əməliyyatına başlamaq qərarını vaxtından əvvəl atılan addım hesab edir.

Pilipsonun sözlərinə görə , Rusiya Federasiyası və Türkiyənin baş qərargahları və kəşfiyyat xidmətləri qarşıdan gələn quru əməliyyatı mövzusunda sıx əlaqə saxlayır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər