26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə danışıb.

“TRT Haber” xəbər verir ki, nazir Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib.

“Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan personal tərəfindən planın tam tətbiq edilməsi üçün bütün işlər görülmüşdür. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə birlikdə çalışdığımız müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz təxliyə planları çərçivəsində davam etdiriləcək”, – nazir qeyd edib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər